Mahaçqala “Dinamo”su buna qədər klubda prezidentin müşaviri postunu tutan Kurban Berdıyevlə vidalaşıb.
QOL.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı açıqlamada “Turan Tovuz”un baş məşqçisi təyin olunan 71 yaşlı mütəxəssisə yeni işində uğurlar arzulanıb:
“Biz sizə böyük təşəkkürümüzü bildiririk, Kurban Bekieviç! Siz “Dinamo”ya tarixində ilk dəfə elit diviziona yüksəlməkdə kömək oldunuz. Siz bizim oyunçularımızı inkişaf etdirdiniz, onlara çox şey öyrətdiniz. Əks halda uğur qazanmaq mümkün deyildi.
Ayrıca uşaq-gənclər futbolunun inkişafında gördüyünüz işlər üçün sizə minnətdarıq. Yeni klubunuzda sizə uğurlar arzulayırıq”.
Xatırladaq ki, Berdıyev “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat