"Əl-İttihad" baş məşqçisi Marselo Qalyardonu istefaya göndərib.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Louai Nazer danışıb.
O, bildirib ki, mütəxəssis hücumçu Kərim Benzema ilə münaqişəsi səbəbindən istefaya göndərilib:
“Qalyardo Benzemanın uzaqlaşdırılmasını tələb etməklə ciddi səhv etdi. Bu qəbuledilməzdir. Kərim Səudiyyə Ərəbistanı layihəsinin və klubun mühüm hissəsidir. Artıq iki və ya üç əvəzetmə variantımız var.
Əsas hədəflərimdən biri yay transferlərinin əksəriyyətini “Əl-İttihad”ın mövsümöncəsi məşqinə qədər, iyulun 12-nə qədər tamamlamaqdır”.
36 yaşlı Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi "Əl-İttihad"a keçib. Bu mövsüm o, bütün yarışlarda 29 matça çıxıb, 13 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı