Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Niderland ilə oyunu (0:0) haqda fikirlərini bölüşüb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis qələbə qazana bilmədiklərinə görə təəssüflənib:
“Yeganə təəssüfləndiyim məqam səmərəlilikdir. Təəssüf ki, qol vura bilmədik. Niderland yığması həmişəkindən daha ehtiyatlı davranırdı. Rəqibimizlə müqayisədə toparlanmaq üçün ən azı 36 saat vaxtımız var idi. İstənilən halda biz yaxşı futbol oynadıq. Maksimum yaxşı nəticə qazanmaq üçün mümkün olan hər şeyi etdik. Ümid edirəm ki, növbəti turda qalib gələcəyik və istəyimizə çatacağıq”.
Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin iki turundan sonra Fransa yığması 4 xalla D qrupunda liderdir. Eyni xalı olan Niderland isə 2-cidir. 3-cü turda Fransa yığması Polşa ilə, Niderland isə Avstriya ilə qarşılaşacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat