"Rəqibimiz həqiqətən də güclüdür. Bəlkə də püşkün ən güclüsü bizə düşdü. Amma biz də özümüzə, komandamıza inanırıq. Əlimizdən gələni edəcəyik ki, hamını sevindirək".
Bu sözləri QOL.az saytına açıqlamasında "Sabah"ın kapitanı Elvin Camalov deyib. O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Püşkü nəticələrinə əsasən, Bakı təmsilçisi bu mərhələdə İsrail "Makkabi"si (Hayfa) ilə üz-üzə gələcək.
29 yaşlı yarımmüdafiəçi "Makkabi"ni məğlub etmək və turnirdə maksimum irəliləmək üçün əllərindən gələni edəcəklərini deyib: "Şükürlər olsun, çempionatı yaxşı pillədə başa vurduq. Əziyyətimizin bəhrəsini gördük. Əlbəttə ki, indi Konfrans Liqasındakı ilk oyunumuzu düşünürük. Çətin rəqiblə qarşılaşacağımız püşkatmadan öncə də bəlli idi. Avrokuboklara vəsiqə qazanan komandaların hamısı öz ölkələrinin ən güclüləridir. Yəni, istənilən halda heç bir rəqibi asan adlandırmaq düzgün olmaz. Amma fikrimcə, mümkün rəqiblər arasından ən çətin variantla üzləşdik. İstənilən halda narazılıq etməyə dəyməz. Meydana çıxıb ən yaxşı şəkildə mübarizə aparmalıyıq. Bacardığımız qədər irəliləmək, əlimizdən gələni etmək istəyirik ki, həm "Sabah" adına, həm də öz adımıza uğur qazanaq. Ötən mövsüm "Partizan"ı keçə bilməmişdik. Onda da şanslarımız çox idi, sadəcə yararlana bilməmişdik. Bu il isə çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək, yarıda dayanmayaq. Ötən mövsümə nisbətən bu il daha da irəliləmək istəyirik. İnanıram ki, "Makkabi" ilə oyunlarda yaxşı nəticə qazanaraq azarkeşlərimizi, bizə inananları sevindirəcəyik".
İsraildəki müharibə şəraiti səbəbindən "Sabah" "Makkabi" ilə ilk görüşünü - səfər oyununu Macarıstanda keçirməli olacaq. E.Camalov bu məsələyə də toxunub: "Bu, azarkeş baxımından istər-istəməz bizim üçün üstünlük yaradır. Amma futbol meydanda oynanılır. Biz də meydanda sözümüzü demək istəyirik. Oyunu başqa ölkədə keçirməyimiz azarkeş baxımından matça təsir göstərəcək. Evdə oynamaq bizə necə müsbət təsir edirsə, onlara da o cür təsir edir. Rəqibin ev oyununu öz meydanında keçirməməyi bizim üçün avantaj sayıla bilər. Yenə də "Makkabi" güclü rəqibdir. Real yanaşaq. Lakin əlimizi yanımıza salaq ki, rəqib güclüdür və ya uduzaq, deyək ki, güclü rəqibə qarşı oynamışıq, bunlar düzgün fikirlər deyil. Bizim komandamızın da özünə uyğun oyun əmsalı var. Özünüz də şahid olmusunuz. "Sabah" yaxşı oyun oynaya bilən və istədiyi nəticəni qazanmağa qadir olan komandadır. Məncə, "Neftçi" ilə son matçdakı kimi və ya bundan da yaxşı oynasaq, rəqib üçün də bizimlə qarşılaşmaq asan olmayacaq. Düşünürəm ki, səfərdə sərfəli nəticə əldə etsək, evdə hər şey daha yaxşı olacaq".
O, "Sabah"ın "Makkabi"dən çəkinməyəcəyini deyib: "Əlbəttə ki, heç bir komandadan çəkinməməliyik. Mən komandanın içindəyəm və kapitanıyam. Bilirəm ki, bizim futbolçularımız nəyə qadirdir. "Neftçi" ilə matçdakı kimi ürəkdən, can qoyaraq oynayanda, meydanın hər bir qarışı üçün mübarizə aparanda hesabın heç bir önəmi olmur".
Qeyd edək ki, Konfransa Liqasında 2-ci turun matçları iyulun 25-də və avqustun 1-də oynanılacaq. "Sabah" ilk oyunu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov