"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünün nəticələri haqqında danışıb.
QOL.az xəbər verir ki, "Sumqayıt" bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq.
Samir Abasov klubun saytına açıqlamasında rəqibin güclü olduğunu vurğulayıb:
"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
Qeyd edək ki, "Sumqayıt" ilk matçı öz meydanında olacaq. Konfransa Liqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı