"Məğlubiyyət həmişə məyusedicidir. Amma düşünürəm ki, öz oyunumuzla fəxr edə bilərik. Bu, Gürcüstan futbolu üçün işıqdır. Fikrimcə, bizim də şanslarımız Türkiyənin imkanları qədər çox idi".
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avro-2024-ün qrup mərhələsinin ilk turunda Türkiyəyə 1:3 hesabı ilə uduzduqları oyun haqqında danışarkən deyib.
Mütəxəssis belə matçların Gürcüstan millisini inkişaf etdirəcəyini söyləyib: "Biz böyük mənzərəyə baxmalıyıq. Bu Avropa çempionatında mübarizə aparmağımız Gürcüstanda son 10 ildə gənclərin futbola cəlb edilməsi üçün görülən işlərin nəticəsidir. Avro-2024 həmin investisiyanın mükafatıdır. İstedad və təcrübə - biz bunları yalnız belə oyunlarda qazana bilərik. Bu cür oyunlar nə qədər çox olsa, komandamız bir o qədər yaxşı nəticələr qazanacaq".
Qeyd edək ki, Gürcüstan millisi tarixdə ilk dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edir.
"Roma"da qalacaq
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu