Gürcüstan millisinin kapitanı Quram Kaşiya Türkiyəyə qarşı bu gün keçiriləcək Avro-2024-ün oyunu ərəfəsində fikirlərini bildirib.
QOL.az xəbər verir ki, oyundan öncə təşkil olunan mətbuat konfransında “Slovan”ın (Bratislava) 36 yaşlı müdafiəçisi deyib:
“Ölkəmizdə biz futbolla yaşayır və nəfəs alırıq. Uğurlarımız hər kəsin dilindədir. Eşitdim ki, bir azarkeşimiz motosikletlə 4000 kilometr yol qət edib. Bütün bunlar əsl xoşbəxtlikdir. Düşünürəm ki, biz burada olmağa layiqik”.
Kaşiya deyib ki, bütün ölkə səninlə fəxr edəndə, əlbəttə ki, xüsusi hisslər yaşayırsan: “Keçirdiyimiz o hisslər, yaşadığımız o emosiyalar indi bizə burada da kömək etməlidir”.
Millinin kapitanı iddialı danışaraq deyib: “Biz heç vaxt olmadığı kimi mübarizə aparacağıq və sübut edəcəyik ki, təsadüfən Avro-2024-də deyilik”.
Xatırladaq ki, Türkiyə - Gürcüstan matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur