"Pley-offda uğur qazanandan sonra bəzi oyunçular öz işinə qayıtmaqda bir az çətinlik çəkdilər. Axı onlar nağıla bənzər bir mənəvi yüksəliş yaşadılar. Ancaq bir nöqtədə siz yerə qayıtmalı və mümkün qədər yenidən oyunlara köklənməlisiniz”.
QOL.az xəbər verir ki, bu sözləri Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol deyib. Bu gün Türkiyəyə qarşı Avro-2024-də keçiriləcək oyunla bağlı təşkil edilən mətbuat konfransında fransalı mütəxəssis bildirib ki, artıq futbolçular turnirə hazırdırlar:
“Təsdiq edə bilərəm ki, nizam-intizam və işə düzgün münasibətlə bağlı heç bir problemimiz yoxdur.
Bu, bizim ilk matçımızdır. O, həm də Türkiyə üçün birincidir. Ona görə də düşünürəm ki, rəqibimiz də ciddi təzyiq altındadır. Türkiyənin güclü tərəflərini sadalasaq, çox vaxt aparacaq. Bizi güclü qarşıdurma gözləyir”.
Xatırladaq ki, Türkiyə - Gürcüstan matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır