Fransa millisinin kapitanı Kilian Mbappenin Avro-2024-ün Avstriyaya qarşı dünən keçirilən matçda (1:0) burnu qırılıb.
QOL.az xəbər verir ki, hadisə görüşün 86-cı dəqiqəsində baş verib. Mbappe avstriyalı müdafiəçi Kevin Danso ilə top uğrunda mübarizə zamanı toqquşub. 90-cı dəqiqədə o, əvəzlənib. Bu zaman Mbappenin burnundan qan açııdığı görünüb. Forvard dərhal xəstəxanaya yerləşdirilib.

“L’equipe” nəşrinin yaydığı xəbərə görə, Düsseldorf xəstəxanasındakı müayinənin ilk nəticələri nikbin olub. Mənbənin məlumatına görə, əvvəllər planlaşdırıldığı kimi Mbappe üzərində əməliyyatın aparılmamasına qərar verilib. Forvard xəstəxananı tərk edib və hətta məşqçilər korpusu müvafiq qərar verərsə, Niderlandla növbəti oyunun iştirak siyahısında yer ala bilər.
Fransa Futbol Federasiyası futbolçunun durumu ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Kilian Mbappe burnunu sındırıb.
“Fransanın kapitanına əvvəlcə tibb işçiləri və həkim Frank Le Qall kömək edib. Ona burnunun sınığı diaqnozu qoyulub. Mbappe yaxın bir neçə gündə müalicə alacaq, lakin yaxın günlərdə əməliyyat olunmayacaq. Onun üçün maska hazırlanacaq ki, müalicədən sonra yarışlara qayıtmağa hazırlaşsın” - deyə məlumatda qeyd olunub.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur