"Fasilədən sonra məşqlərə başlamaq hər zaman müəyyən çətinlikləri yaradır. Amma düşünürəm ki, yavaş-yavaş futbolçular da məşq proseslərinə adaptasiya olurlar. Əslində çox istirahət etməyə vaxtımız olmadı. Fikrimcə, futbolçularımız qısa müddət ərzində öz formalarını bərpa edəcəklər. Hazırlıq prosesinin gedişatı məni qane edir".
Bu sözləri QOL.az saytına açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. Hazırda Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Zirə”nin hazırlıq prosesindən danışan mütəxəssis 2023/24 mövsümünü də dəyərləndirib. O, mövsümün çox ağır keçdiyini deyib: "Çox ağır mövsüm oldu. Demək olar ki, bütün oyunlar bizim üçün finala bərabər idi. Xüsusilə də qış fasiləsindən sonra istər Premyer Liqanın, istərsə də kubokun oyunları bizim üçün çox gərgin mübarizə şəraitində keçdi. Futbolçularda müəyyən yorğunluq ola bilər. Amma çox olmamalıdır. Çünki çempionat boyu daim rotasiyalar edirdik. 3-4 futbolçunu çıxmaq şərti ilə digər oyunçuların çox da yorulduqlarını düşünmürəm".
R.Sadıqov transfer məsələlərinə də toxunub. O, yeni transferlərin gözlənildiyini deyib: "Bu yay 4 yeni futbolçu transfer etmişik. Bunlar Aydın Bayramov, Elçin Əlicanov, Davit Volkov, Junior Martinsdir. Ötən mövsüm onların hər biri çempionatda özlərini yaxşı tərəfdən göstəriblər. Azad agent statusu daşıdıqlarına görə onları transfer etməkdə maraqlı olduq. Junior Martins "Kəpəz"ə məxsus idi, onu transfer etdik. Amma digərlərinin sərbəst olmaqlarından istifadə edib sıralarımıza qatdıq. Düşünürəm ki, bu il komandamızın gücünə güc qatacağıq. Yeni transferlər gözlənilir. Axtarışdayıq. Bu yay 2-3 futbolçu ilə transfer işlərimizi tamamlamaq istəyirik. Amma nə zaman olacaq, necə olacaq, bunu zaman göstərəcək. Transferlər etmək üçün qarşıda 2 ay yarım vaxtımız var. Tələsmək istəmirəm. Sırf avrokubok xatirinə transfer etmək istəmirəm. Çünki bizi təkcə avrokubok yox, həm də gərgin və maraqlı çempionat gözləyir. Bütün komandalar güclənir. Premyer Liqanın növbəti mövsümü bəlkə də geridə qalan mövsümdən daha da gərgin keçəcək".
Sabah - iyunun 18-də Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatmada "Zirə"nin də rəqibinin adına aydınlıq gələcək. Paytaxt klubunun potensial rəqibləri “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr) və “Pakş”dır (Macarıstan). Rəşad Sadıqov bu barədə də danışıb: "Biz də püşkün nəticəsini səbirsizliklə gözləyirik. Allahdan bizə, "Qarabağ"a, "Sabah" və "Sumqayıt"a xeyirli rəqib diləyirəm. İnşallah, hər 4 komandamız mərhələ keçər, ən azı qruplara 2 komandamız qalar. Bu, Azərbaycan futbolunun inkişafı üçün bir təkan olar. Biz rəqib seçmirik, amma 6 potensial rəqibdən hansı xeyirlidirsə, o düşsün".
Baş məşqçi sonda iyunun 14-də start götürən Avro-2024 haqqında da fikirlərini bölüşüb. Mütəxəssis İspaniya, Almaniya, İngiltərə və Fransa millilərini favorit hesab etdiyini söyləyib: "Avropa çempionatının ilk günləri bunu göstərdi ki, komandalar ehtiyatlı oynayırlar. Meydanda taktiki savaş gedir. Heç kim məğlub olmaq istəmir. Standart vəziyyətlər çox önəmli olub. Təhlükəli epizodlar yaranır, qollar olur. Düşünürəm ki, günlər keçdikcə komandalar daha açıq, baxımlı futbola üstünlük verəcəklər. İspaniya, Almaniya, İngiltərə favoritdir. Fransanın oyununu gələ görməmişik, amma onlar da favoritlər siyahısındadırlar. Məncə, bu komandalar sona qədər çempionluq uğrunda mübarizə aparacaqlar".
Nur Zeynalova
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
Almaniya millisinin DÇ-2026 üçün heyəti elan edildi
Bunu Sançodan başqa bacaran olmayıb
Çin futbolunda “cəza sunamisi”
Əfsanələrin kameraarxası görüntüləri - Video
Daniel Parexo ilə yollar ayrıldı
38 yaşlı kapitanla müqavilə uzadıldı
Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Şəkil
Kazemiro Messinin komanda yoldaşı olacaq
Xabi Alonso: "Çelsi"nin layihəsi möhtəşəmdir"
Avroliqanın final matçından - Video
Misli Premyer Liqası: Son turun hakimləri məlum oldu
“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi… - Siyahı
Neymar DÇ-2026 öncəsi zədələndi
Avropa Liqasının ağası
Avropa Liqasının qalibi müəyyənləşdi
İki güləşçimiz Avropa çempionatının finalında
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı