AFFA Santuşun təqdimatını nə vaxt keçirəcək?

AFFA Santuşun təqdimatını nə vaxt keçirəcək?
XƏBƏR 12 İyun 2024 / 13:38 4165
-  A +

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransının vaxtı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı açıqlamada bildirilib.

Məlumata görə, təqdimat mərasimi iyunun 13-də “Hilton” hoteldə təşkil olunacaq. Tədbir saat 12:00-da başlayacaq.

Xatırladaq ki, portuqaliyalı F.Santuş bu gün Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

Daha çox


Son xəbərlər
17.10.25  21:00

Yankoviç qayıtdı!