Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov Azərbaycana uduzduqları (2:3) yoldaşlıq matçından sonra QOL.az-ın Macarıstana ezam olunmuş müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Qazaxıstan millisni bu oyunda Çerçesov yox, onun köməçisi Ruslan Baltiev çıxarsa da, mütəxəssis görüşlə və Azərbaycanla bağlı bir çox suallara cavab verib.
- Oyun barədə fikirlərinizi bilmək istəyərdik...
- Bu, yoxlama oyunudur. Hər iki komanda hücumu daha istəklə qururdu. Azərbaycanın irəli atılmağa hər zaman daha həvəsli olduğunu onsuz da daha əvvəl də bilirdik. Müdafiədə isə hər iki tərəfdə problemlər sezilirdi. Hesab bərabərləşdikdən sonra Qazaxıstanın 2 real şansı oldu. Tərəzinin gözü hər tərəfə çevrilə bilərdi. Özüm üçün çox şeyləri qeyd etdim. Yeni komandamı canlı olaraq ilk dəfədi izləyirəm. Sakit, planlı şəkildə hərəkət edəcəyik.
- Başa düşürəm ki, hər kəs doğmasını daha çox sevir. Ancaq bu sualı verəcəyəm: fikrinizcə, Azərbaycan qələbəyə layiq idi?
- Hesab tabloda olandan sonra nə deyə bilərik? Azərbaycan qalib gəlibsə, bizə onları ancaq təbrik etmək qalır.
- Millimiz barədə fikriniz maraqlıdı. Komandamız necə görünürdü?
- Təqribən 5-6 ay öncə milliniz adına mənə müəyyən maraq göstərilirdi. Ona görə də komandanızı bəlkə də sizdən yaxşı tanıyıram. Qazaxıstandan çox danışa bilmərəm, çünki cəmi 1 həftə əvvəl mənimlə təmasa girdilər. Sizin millinizə dair isə bütün xırdalıqları bilirəm.
- Bəs millimizə təyinata nə mane oldu?
- Bunu bilmirəm. Çünki Azərbaycan tərəfdən heç bir rəsmi şəxslə danışmamışam. İndi Azərbaycan öz yolu ilə, Qazaxıstan isə öz cığırı ilə hərəkət edəcək.
- Azərbaycanda nə zamansa çalışacağınıza dair "heç vaxt "heç vaxt" demə" deyimi uyğun gələr?
- Hansısa bayraq altındayamsa, başqa heç nə barədə düşünmürəm. Nə vaxt həmin bayraq endirilər, növbəti səhifə barədə düşünmək olar. Uşaqlara da dedim ki, sentyabrda məsuliyyətli oyunlarımız var və artıq indidən rəqiblərimizin oyununu təhlil etməli və ciddi hazırlaşmalıyıq. Buna görə də Macarıstanı tərk etmirəm və AÇ-nin açılış - Sloveniya - Serbiya görüşünü izləyəcəm.
- Sizə Qazaxıstanla dünya çempionatının final mərhələsinə düşməyi arzulayırıq. Ancaq bir şərtlə: ordakı rəqiblərinizdən biri Azərbaycan olsun...
- Kimlərsə bu əla sözlərin əleyhinə ola bilər, ancaq mən heç vaxt! Bütün azərbaycanlı furbolsevərlərə salamımı çatdırın. Ölkənizlə hər zaman ən xoş münasibətlərim olub. Nə olsun ki, o vaxt çalışdırdığım "Ferensvaroş"a Qarabağ" qalib gəldi?! Mən özümdən bəzi hallarda daha yaxşı olan rəqibə böyük hörmət bəsləyirəm.
- Stanislav Salamoviç, "Qarabağ" tək klub olaraq yox, ərazi kimi də daim Azərbaycanın olub və olacaq!
- Azərbaycan xalqına atəşli salamlarımı çatdırın.
Sonda isə jurnalistlərin Macarıstan səfərinin təşkili üçün “Misli”yə təşəkkür edirik.
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
Almaniya millisinin DÇ-2026 üçün heyəti elan edildi
Bunu Sançodan başqa bacaran olmayıb
Çin futbolunda “cəza sunamisi”
Əfsanələrin kameraarxası görüntüləri - Video
Daniel Parexo ilə yollar ayrıldı
38 yaşlı kapitanla müqavilə uzadıldı
Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Şəkil
Kazemiro Messinin komanda yoldaşı olacaq
Xabi Alonso: "Çelsi"nin layihəsi möhtəşəmdir"
Avroliqanın final matçından - Video
Misli Premyer Liqası: Son turun hakimləri məlum oldu
“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi… - Siyahı
Neymar DÇ-2026 öncəsi zədələndi
Avropa Liqasının ağası
Avropa Liqasının qalibi müəyyənləşdi
İki güləşçimiz Avropa çempionatının finalında
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı