Azərbaycan millisinin futbolçusu Toral Bayramov Qazaxıstan millisi ilə keçirilən yoxlama oyunundan (3:2) sonra jurnalistlərə açıqlama verib.
QOL.az-ın Macarıstana ezam olunmuş müxbiri xəbər verir ki, o, əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb: “Yaxşı oynadıq. Matça yaxşı hazırlaşmışdıq. Plansız iki qol buraxdıq. Heç nədən qapımızda qollar gördük. Ona kimi bizim fürsətlərimiz oldu, vura bilmədik. Dirəkdən də qayıdan top oldu, qapçıları da yaxşı oynadı. Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq. Özümüzə inanırdıq, istəkli idik. Sonda da layiq olan qələbəni qazandıq”.
T. Bayramov cərimə zərbəsindən vurduğu qələbə qolunu da şərh edib: “Komandamızda cərimə zərbələrini yerinə yetirən mənlə Emindir. Məsafə uzaq idi. Emin topa yaxınlaşanda dedim ki, yaxşı hiss edirəm, qapıya yoxlayacam, ver vurum. O da etiraz etmədi, dedi ki, vur. Keçmişdə Fransaya vurduğum qol yadıma gəldi. Demək olar ki, ssenari eyni idi, nöqtələr fərqli idi. Şükürlər olsun, qol oldu, qalib gəldik. Hamını təbrik edirəm”.
23 yaşlı müdafiəçi matçda fərqli mövqelərdə oynadığına münasibətini bildirib: “İlk dəfə deyil. De Byazinin vaxtında da eyni oyunda fərqli mövqələrdə oynamışdım. Bu, məşqçidən asılıdır. Məşqçinin dediyi tapşırıqları yerinə yetiririk. Nəyi tələb edirsə, onu da edirik. Mənim üçün heç bir problem olmadı, özümü rahat hiss edirəm”.
O, “Oyununuzda inkişaf görürsünüzmü?” sualına belə cavab verib: “Bizdən soruşmayın. Məncə, siz onu daha yaxşı bilərsiz. Əlbəttə ki, oyundan oyuna yaxşı oynamağa çalışırıq. Biz bunu bacarırıq. Həqiqətən də elə heyyətimiz var ki, mümkünsüz bir şey deyil. Allaha şükürlər olsun ki, bunu göstəririk. Baxmayaraq ki, Albaniya millisinə məğlub olduq, düşünürəm ki, biz onlardan yaxşı oynamışdıq. Sadəcə olaraq son nöqtəni qoya bilmədik. İnşallah, irəlidə oyunlarımız çox olacaq. Çalışacağıq qələbələrimizi çoxaldaq, xalqımızı sevindirək”.
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
“Bundan da yaxşı ola bilərik” - Ayxan Abbasov