"İstərdim ki, futbolçuları təbrik edim. Xarakter göstərdilər. Biz çəkinirdik ki, mövsümün sonudur, yorğunluq var. Buna baxmayaraq, xarakter göstərib hesabı 0:2-dən 3:2 etdik. Komandamıza təşəkkür edirəm".
QOL.az-ın Macarıstana ezam olunan müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçi əvəzləyivisi Arif Əsədov Qazaxıstan millisi ilə keçirilən yoxlama oyunundan sonra deyib.
O, 3:2 hesablı əzmkar qələbəni belə şərh edib: "Hamı əlindən gələni etdi ki, psixoloji problem olmasın. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Futbolçulara təlimat verəndə demişdik ki, onların ən təhlükəli silahı standart vəziyyətlərdir. Qorxduğumuz başımıza gəldi. Növbəti qolu buraxdıq. Amma xarakter göstərib qalib gəldik. Hamını təbrik edirəm".
A.Əsədov meydanda komanda ruhunu gördüyünü deyib: "Bu iki oyunda müsbət məqamlar çox oldu. Meydanda komanda ruhunu gördüm. Gələcəyə ümidlə baxmaq olar. Hər iki oyunda erkən qolları standart vəziyyətlərdən buraxdıq. Biz oyundan əvvəl də oxuyurduq ki, komandaya inam var".
A.Əsədov futbolçuların oyuna gec isinməklərinə də toxunub: "Təbii ki, dediyiniz hallar heç də yaxşı deyil. Amma standart vəziyyətdən qol buraxdıq, Albaniya görüşündə səhvdən sonra buraxmışdıq. Oyuna başlayanda konsentrasiyanı artırmaq lazımdır"
Məşqçi bu yoldaşlıq görüşlərindəki mənfi və müsbət məqalardan söz açıb: "Mənfi odur ki, Albaniyaya qarşı da yaxşı oynadıq. Heç-heçəyə layiq idik. Müsbət cəhətlər çoxdur. Komandada xarakter formalaşdı, birlik var. O baxımından gələcəyə ümidlə baxırıq. Yoldaşlıq görüşlərinin önəmi odur ki, hansısa eksperimentlər apara bilirik. Millətlər Liqasının oyunlarında yeni baş məşqçi biləcək ki, hansı formada komanda necə oynaya bilər. Bəzi mövqelərdə oyunçulardan istifadə edə bilərik".
Azərbayca millisində 4 ildir köməkçi məşqçi işləyən mütəxəssis ona olan etimadı doğrultmaq üçün əlindən gələni etdiyini söyləyib: "Mən çalışıram ki, öz işimi görüm. Millidə nəyisə öz işimlə göstərmək istəyirəm. 4 ildir millidəyəm. Mən ümumiyyətlə, yalnız millidə köməkçi işləyərəm, klublarda heç vaxt. Həmişə düşünürdüm ki, heç kim fikirləşməsin gəlirəm millidə yola verirəm, kölgə altında gizlənirəm. Xarici məşqçilər olanda onlara da əlimdən gələn köməkliyi göstərirdim. Məni milliyə AFFA təyin edib. Deyirdim ki, hansısa şans düşsün, mən onun əvəzini məşqçi kimi verə bilim. Dörd oyundur ki, komandanı meydana çıxarıram. Azdan-çoxdan çalışdım ki, etimadı doğruldum".
P.S: Jurnalistlərin Macarıstana səfəri və mətbuat konfransında iştirakı Misli-nin dəstəyi ilə həyata keçirilib.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində