Ançelotti Avro-2024 ilə bağlı gözləntilərini bölüşdü

Ançelotti Avro-2024 ilə bağlı gözləntilərini bölüşdü
XƏBƏR 10 İyun 2024 / 14:49 3020
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti 2024-cü il Avropa çempionatı ilə bağlı gözləntilərini bölüşüb.

QOL.az xəbər verir ki, mütxəssis son çempion İtaliya yığmasının hazırkı durumundan da danışıb:

“Mən Almaniya millisinin oyunlarını səbirsizliklə gözləyirəm. Onların yaxşı komandası var. Düşünürəm ki, son Avropa çempionatından sonra İtaliya millisində nəsil dəyişikliyi oldu. Ona görə də biz komandanın nəyə qadir olduğunu bilmirik".

Qeyd edək ki, Avro-2024-ün final mərhələsi Almaniyada keçiriləcək. Turnir iyunun 14-də başlayacaq və iyulun 14-dək davam edəcək.


Son xəbərlər
topaz banner