"Çelsi" onunla razılaşdı

"Çelsi" onunla razılaşdı
DÜNYA FUTBOLU 27 May 2024 / 23:00 5123
-  A +

"Lester"in baş məşqçisi Enzo Mareska "Çelsi"ni çalışdıra bilər.

QOL.az insayder Fabrizio Romanonun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, mütəxəssis London klubu ilə işləməyə razılaşıb. 

Yaxın vaxtlarda tərəflər 3 il və ya 2 il müddətinə hesablanacaq müqavilə imzalayacaqlar. 

Qeyd olunur ki, "Çelsi" təzminatla bağlı "Lester"lə danışıqlar aparmağa davam edir. 

Xatırladaq ki, mövsüm başa çatdıqdan sonra londonlular Maurisio Poçettinonu istefaya göndərmişdi. 


Qarabağ FK
Son xəbərlər
topaz banner