UEFA Avro-2024 öncəsi yeni qərar qəbul edib.
QOL.az xəbər verir ki, bu barədə UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti danışıb. Yeni qərara əsasən, görüşün hakimləri kritik epizodlarda qəbul olunan qərarlar haqqında komandaların kapitanlarına açıqlama verəcəklər:
"Müasir futbolda hakim olmaq çox çətindir. Bəzən hakimlər gərgin oyunlarda hər 22 saniyədən bir olmaqla 200-dən 250-yə qədər qərar vermək məcburiyyətində qalırar. Hər bir epizod həm azarkeşlər, həm mütəxəssislər, həm də şərhçilər tərəfindən müxtəlif rakurslardan təkrar izlənir və diqqətlə araşdırılır. Biz hakimlərdən bəzən baş verən hadisələrə görə məsuliyyət daşımalarını xahiş edirik. Müasir dövrdə VAR hakimləri referilərə daha dəqiq bir qərarın qəbul olunması üçün köməklik göstərirlər. Artıq hakimlər kritik epizodlarda verdikləri qərarların səbəbini komandaların kapitanlarına açıqlamalıdırlar. Nəticədə onlar qərarın necə verildiyini başa düşəcəklər. Hakimin qərarını 22 oyunçuya açıqlaması mümkünsüzdür. Buna görə də referilər matçdakı kritik qərarları komandaların kapitanlarına bildirməlidirlər. UEFA-nın peşəkar hakimlərdən ibarət komandası Avro-2024-də mübarizə aparacaq hər bir komandanın kapitanı ilə görüşəcək".
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı