"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 30-cu turunda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. QOL.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Müəyyən çatışmazlıqlar var idi, onlar da göründü. Amma gələcəyə ümid verən müsbət məqamlar da var idi.
- İstədiyiniz komandanı görməyiniz üçün nə qədər vaxt lazımdır?
- Mövsümün sonuna 6 tur qalıb. Çalışacağıq ki, növbəti matçlarda yaxşı çıxış edək. Rəhbərliyin layihəsi məni cəlb etdi. Mən də dərhal çox düşünmədən, təklifi qəbul etdim.
- Komandanın rəhbərlik ilə bağlı problemi olduğu iddia olunur. Bu sizi çəkindirmir?
- Beş gündür ki, komandadayam. Məni tanıyan hamı bilir ki, komandadayamsa, burada cavabdeh şəxs mənəm. Rəhbərliklə görüşdə də, öz tələblərimizi açıqlamışıq. Siz nəyi nəzərdə tutursunuz? Rəhbərlik futbol oynamır. Ümumi işin daha da yaxşılaşdırılacağına çalışacaqlar. Mənə söz veriblər. Futbolçular mənim rəhbərliyim altında məşq edib, oyunlara hazırlaşırlar.
- Komandaya və sizə rəhbərlik tərəfindən müdaxilələr edilməyəcək?
- Niyə olunmalıdır ki? Mənə inanıb gətiriblərsə, nəticə və komandaya cavabdeh şəxs mənəm. Məndən qabaq nə olub...İnanıram ki, mənimlə belə davam edəcəklər.
- Rəhbərlik sizin qarşınıza hansı hədəfi qoyub? Avrokuboklara yollanmağınız realdır?
- Avrokuboklara da hazır olmaq lazımdır. Sadəcə, rəhbərliklə söhbətimiz olanda, bizdən daha müqavimətə dözümlü komanda yaratmağımı istədilər. Gəldik və avrokuboklara oynamalıyıq deyə, anlayış yoxdur. Komanda olaraq, ona da hazır olmalısan, onun üçün oyunçulara sahib olmalısan. Yəni, bu istəklə olunan bir şey deyil. Gündəlik iş prosesidir ki, onları qaydasına qoyduqdan sonra komanda özü də həmin iddianı bizə qaytaracaq. Altı tur qalıb. Hər oyuna maksimum nəticə üçün çıxmaq məcburiyyətindəyik. Oyun keyfiyyətini daha da yaxşılaşdırmaq lazımdır ki, gələcəkdə komanda daha yeni pilləyə yaxınlaşsın. Birinci ilin komandasıyıq. Siz bu komandadan başlayan kimi, nəsə gözləməyin. Bu komanda günü-gündən oyun planında inkişaf etməlidir. O yerinə düşdükdən sonra, iddiadan daha rahat danışmaq olar.
- "Neftçi" bu gün nəyin hesabına "Araz-Naxçıvan"ı üstələdi? Yenidən taktika verməli olsaydınız, nələri dəyişərdiniz?
- Birinci və 45-ci dəqiqədə qollar buraxdıq. Bu da konsentrasiyanın aşağı olmasından irəli gəlir. Biz səhv etdik, rəqib də yararlandı. "Neftçi"nin bizdən üstün oynadığını düşünmürəm.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı