"Çox gərgin matç idi. Yaxşı komandaya qarşı oynadıq. Bizim ən böyük üstünlüyümüz əks-hücumlar idi. Sürətli oyunçularımız var. İlk hissədə istədiyimizi ala bilmədik. İkinci hissədə oyun sistemini dəyişdik. Komanda bu gün xarakter göstərdi. 8-ci oyunumuzdur ki, geridönüş edirik. Bu, məni sevindirir. Marafonun finişinə yaxınlaşırıq. Artıq 11 addım qalıb. İstəməzdim uşaqların əziyyəti hədər getsin. Hər komandanın xal itirmək ehtimalı var".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 25-ci turunun "Qəbələ" ilə oyunundan (3:2) sonra keçirilmiş mətbuat konfransında deyib
- İkinci hissənin əvvəlində riskli dəyişillik etdiniz. Həmin an nə düşündünüz?
- Düzgün analiz etdiniz. Gözümün önünə alıb riski etdim. Risk etməsəydim, çətin olacaqdı. Bu gün risk özünü doğrultdu. Bunun nəticəsində qollar gəldi.
- Artıq 2-ci pillədəsiniz. Bu, təzyiq yartamır?
- İkinci yerə qalxmaq asandır. Burada qalmaq isə çox çətindir. Rəqiblərin hər biri yüksək səviyyədə olan komandalardır. Bu gün çempionatda rəqabət var. "Qarabağ"ın Avropada uğurlu çıxışında bunun da rolu var. Artıq "Qarabağ" çempionatda tək ayaqla oynayıb qələbə qazanmır.
- Rəqib qırmızı vərəqə almadan əvvəl nə düşünürdünüz? Həmin an heç-heçəyə razı idiniz?
- Hər xal bizim üçün dəyərlidir. Amma mən inanırdım ki, qələbə qazanacağıq. Futbolçularımın potensialına bələdəm. Ümumən heç-heçə olsaydı, yenə sevinəcəkdim.
- Növbəti tur "Sumqayıt"la qarşılaşacaqsınız. Bu matçdan gözləntiniz nədir?
- Bu mövsüm bircə "Sumqayıt"dan xal ala bilməmişik. Bu gün onlar çox yaxşı futbol oynayır. Çətin olacaq. Həmin matçın qalibi demək olmaz ki, nəyisə həll edəcək. Qarşıda oyunlar çoxdur.
- "Qarabağ"ı udmağın resepti var?
- Var, niyə yoxdur ki? "Qarabağ"ı udmaq olar. Bir dəfə udmuşuq, bir dəfə heç-heçə etmişik. Bəli, "Qarabağ" çox yaxşı komandadır, Qurban Qurbanov ölkənin ən yaxşı məşqçisidir. Amma futbolda hər şey olur. İnam lazımdır.
- "Neftçi" - "Qarabağ" matçında kimə azarkeşlik edəcəksiniz? Nəzərə alsaq ki, "Neftçi" əsas rəqiblərimizdəndir...
- Komandaya dedim ki, heç vaxt kiminsə uduzmağını istəməyin. Mənim üçün ən vacibi öz komandamın performansıdır. Kiminsə bədbəxtliyinin üzərində xoşbəxtlik qurmaq olmaz. Təcrübəm var. Kiminsə uduzmağını istəmişəm, amma sonra başıma elə iş gəlib ki. (Sportal.az)
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video