"Uduzanda çox şeydən danışmaq olmur. Səhvləri komanda ilə birgə müzakirə edəcəyik. Meydanda görmək istəmədiyimiz hallar oldu. Futbolçulara "Sabah"ın daha çox əks-hücumlarda oynayacağını demişdik, ancaq meydanda tam fərqli vəziyyət gördük".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"n baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"İkinci hissədə üstün olduğumuz vaxtda qol vura bilmədik, bu azmış kimi, hakimlər də bəzən yaramıza duz səpirlər. Onlar haqda çox danışmaq istəmirəm.
Heyətin yetərsiz olduğunu deyə bilmərəm, əsas odur ki, əlində olan "material"dan istifadə edəsən. Edə bilmirsənsə, bunu bəhanə etmə. Orxan həmin epizoddan düzgün istifadə edib qol vura bilsəydi, oyunun axarı fərqli olacaqdı. Səhvlər üzərində işləməliyik" - deyə o bildirib.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb