54 il sonra kubokun yarımfinalına yüksəldilər

54 il sonra kubokun yarımfinalına yüksəldilər
XƏBƏR 29 Fevral 2024 / 10:54 4214
-  A +

Fransa Liqa 2-də çıxış edən "Valensinnes" Fransa Kubokunun 1/4 finalında "Ruen"ə səfərdə penaltilər seriyasında qalib gəlib (1:1, 4:2)/

QOL.az "L'Equipe"yə istinadən xəbər verir ki, bununla da komanda adını turnirin yarımfinalına yazdırıb.

"Valensinnes"in bu mərhələdəki rəqibi daha sonra məlum olacaq.

"Valensinnes" son 54 ildə ilk dəfə Fransa Kubokunun yarımfinalında çıxış edəcək. Bu klub ölkə kubokunun yarımfinal mərhələsinə 1969/1970 mövsümündə çıxa bilib.

"Valensinnes" 1913-cü ildə yaradılıb, komandanın Fransa Kubokunda ən yüksək nailiyyəti 1950/1951 mövsümündə finalda iştirakdır ("Strasburq"a 0:3 hesabı ilə məğlubiyyət). Ölkə çempionatında isə komanda 1965 və 1966-cı illərdə 2 dəfə bürünc medal qazanıb.

Hazırda "Valensinnes" Liqa 2-nin turnir cədvəlində 15 xalla sonuncu - 20-ci yerdədir. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner