"Barselona"dan darmadağın

"Barselona"dan darmadağın
XƏBƏR 24 Fevral 2024 / 21:25 4403
-  A +

"Barselona" İspaniya La Liqasının 26-cı turunda evdə "Xetafe" ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, Kataloniya təmsilçisi bu matçda rəqibini darmadağın edib - 4:0.

Hesabı 20-ci dəqiqədə Rafinya açıb. Joao Feliks 53-cü dəqiqədə fərqi artırıb. Frenkie de Yonq 61-ci dəqiqədə 3-cü qolu vurub. Fermin Lopez isə 90+1-ci dəqiqədə son nöqtəni qoyub.

Bununla da "Barselona" xallarının sayını 57-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. "Xetafe" isə 34 xalla 10-cu yerdədir.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner