Təəssüf ki, “Qarabağ”ın Avropada uğurlu çıxışı ilə futbolumuza diqqətin artmasına şərait yarandığı vaxtda yerli çempionatda problemlər davam etməkdədir.
Bu dəfə “Kəpəz”lə “Qəbələ” arasında dünən keçirilən oyunda “Qəbələ” klubunun təmiz penaltisinin verilməməsi haqlı narazılıqlara səbəb olub. AFFA-da oturub hakimlərə təlimat, yaxud göstəriş verən cənab(lar) hər kimdirsə, olmayan vicdanını qarşısına qoyub dərk etməlidir ki, səhv bir dəfə olar, iki dəfə olar, üç dəfə olar, dörd dəfə olar, cəhənnəm, on, iyirmi dəfə olar… Yoxsa, hər tur birbaşa nəticəyə təsir edən hakim səhvləri baş verir. Nə müəmmadırsa, hətta bizdəki VAR sistemi belə, bu səhvlər qarşında “aciz qalır”.
VAR-a cavabdeh olan Hakimlər Komitəsinin sədri Barış Şimşək bəzi ciddi səhvlərin olduğunu qəbul edir. Amma təəccüblüdür ki, növbəti turlarda, nəticəyə birbaşa təsir edən səhvlər təkrarlanır. Bunu təsadüf adlandırmaq olmaz.
Elə bir tur yoxdur ki, hansısa komandanın haqqına girilməsin. “Zirə”nin ümidi isə lap Allaha qalıb. O dərəcədə ki, Rəşad Sadıqov əsəbindən, bir az da zarafata salıb deyir ki, bu səhvlərin cavabını hakimlər axirətdə verəcəklər.
İndi də “Qəbələ”nin hamının gördüyü, amma bir tək hakimlərin “görmədiyi” penaltisi verilmir. Yekun nəticədə Premyer Liqada qalmaq üçün mübarizə aparan və onsuz da çətin durumda olan komanda uduzur. Penalti epizoduna isə hakim Həmzəzadə susur, VAR-da oturanlar susur. Zərbə isə “Qəbələ”yə dəyir…
“Qəbələ”yə, çempionatımıza və Azərbaycan futboluna.
Bəs, bu davamlı problemlərdən çıxış yolu varmı?Əlbəttə, var.
Ümid ancaq AFFA-ya mart ayında keçirilməsi gözlənilən prezident seçkisinədir. Ümid edirik, futbolumuzun rəhbərliyinə, AFFA-nın İcraiyyə Komitəsinə yeni simalar gələcək. Və yalnız o yeni simalar sayəsində futbolumuz onu sağalmaz virusa yoluxdurmuş parazit çetesindən xilas olacaq.
Yoxsa, necə deyərlər, yenə köhnə hamam, köhnə tas olacaq…
Aydın Bağırov
(Feysbuk paylaşımı)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı