“Qarabağ”ın qapıçısı Andrey Lunyov “Матч ТВ”yə (Rusiya) müsahibə verib.
QOL.az xəbər verir ki, o, Avropa Liqasının 1/8 final mərhələsinin püşkünün nəticəsi ilə əlaqədar sualları cavablandırıb.
- Keçmiş komandanıza - "Bayer"ə qarşı ilk dəfə oynamayacaqsınız. Bu qarşılaşma sizin üçün xüsusi hisslər doğuracaq, ya yox?
- Əlbəttə ki, olacaq. “Bayer”lə oynamağımız çox gözəldir. “Bayer” çox yaxşı komandadır, xüsusən də indi. Amma çalışacağıq ki, qələbə qazanaq və mərhələ adlayaq.
- "Bayer” “Qarabağ”a qrup mərhələsindən tanışdır. Sizcə, bu üstünlükdür?
- Bir tərəfdən, bəli, komanda ilə tanışıq, amma digər tərəfdən zədə səbəbindən rotasiya baxımından dəyişiklik ediblər. "Bayer" hələ də uduzmayıb, əlavə stimulu var. Hər halda, bizim üçün bunu axtarmağa ehtiyac yoxdur (gülür). Bu “Bayer”dir. Sadəcə meydana çıxıb onlara qarşı mübarizə aparmaq lazımdır.
- Bu komandanı 1/8 finalda qarşılaşa biləcəyiniz bütün mümkün rəqiblərdən ən çətini adlandırmaq olar?
- Bəli, mütləq belədir. Düşünürəm ki, “Bayer” turnirin favoritlərindən biridir. “Slaviya” çıxsaydı, daha asan olardı. Amma düşünürəm ki, indiki mərhələdə artıq zəif rəqib yoxdur.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı