"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə də "Bayer"lə qarşılaşacaq.
T.Gözəl isə püşkü belə dəyərləndirib: "Son ana qədər ümid edirdim ki, rəqibimiz "Slaviya" (Çexiya) olacaq. Ancaq "Bayer"lə qarşılaşacağıq. "Bayer" çox güclü bir rəqibdir. Rekordlar qıran yenilməz komandadır. Xüsusilə də bu mövsüm ən üst səviyyədə oyun nümayiş etdirirlər. Əlbəttə ki, çətin oyun olacaq. Amma ən azından biz onları tanıyırıq və təcrübəmiz var. "Qarabağ"ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırıb. Güman edirəm ki, ən yüksək səviyyədə oynayacağıq. Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək".
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.
Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı