Klopp: "Liverpul" finalın favoriti deyil"

Klopp: "Liverpul" finalın favoriti deyil"
XƏBƏR 22 Fevral 2024 / 13:00 2170
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa Kubokunun finalında "Çelsi"yə qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis öz komandasını bu görüşün favoriti hesab etmədiyini deyib: 

“Çelsi ilə finalın favoritiyik? Xeyr! Sonuncu dəfə "Çelsi" ilə oynadığımız vaxtdan bəri onlar özlərini xeyli təkmilləşdiriblər. Əminəm ki, çətin matç olacaq”.

Xatırladaq ki, “Çelsi” – “Liverpul” görüşü bazar günü keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 


Son xəbərlər
topaz banner