"Mən ilk gündən demişəm ki, "Qarabağ"a inamım böyükdür. Bilirdim ki,"Qarabağ" səfərdə rahat şəkildə uduzmayacaq, ən azından heç-heçə edəcək. Komandanın qalib gələcəyinə inanırdım. Şükürlər olsun, "Qarabağ" istədiyi oyunu oynadı və layiqli qələbə qazandı".
Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib. O, Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qalib gəldiyi ilk oyun (4:2) və bu gün keçirəcəyi cavab görüşü haqqında fikirlərini bölüşüb.
Sabiq yarımmüdafiəçi Portuqaliya komandasının cavab matçına çox ciddi hazırlaşdığını qeyd edib: "Braqa" ilk oyuna arxayın şəkildə çıxmışdı. Düşünürdülər ki, rahat qələbə qazanacaqlar və Bakıya arxayın şəkildə gələcəklər. Amma belə olmadı. "Qarabağ"ın kifayət qədər təcrübəsi var və böyük klublara qarşı mübarizə aparıb. "Qarabağ" onları ayıltdı ki, necə böyük, istəkli, intizamlı bir komandaya qarşı oynayırlar. Buna görə də "Braqa" Bakıya oyundan 2 gün əvvəl gəldi. Bu da onların matça necə ciddi hazırlaşdıqlarından xəbər verir. Biz onlardan da ciddi hazırlaşmışıq. Tarix üstünə tarix yaza bilərik. Bunu bütün komanda, bütün Azərbaycan xalqı dərk edir. İnanıram ki, "Qarabağ" bu gü də intizamlı oynayacaq və öz azarkeşləri önündə layiqli qələbə qazanacaq".
Ə.İsmayılov "Qarabağ"ın şansları əldən verməyəcəyini bildirib: "Rəqibin əsas futbolçularından Bruma zədəsini sağaldıb. Əlbəttə ki, bu bir təhlükədir. Amma mən Qurban Qurbanovu, "Qarabağ"ı tanıyıram. İnanmıram ki, Qurban müəllim komandanın arxayınlaşmağına icazə versin. "Qarabağ" ildən-ilə tarix yazır. Əgər komandada arxayınlıq olsaydı, bu uğurlar bir yerdə dayanardı. "Qarabağ" istəklə, əzmlə irəliyə doğru addım atır. Bu gözəl bir şansdır. "Qarabağ"ın bu şansı əldən verəcəyini düşünmürəm. Amma yenə də futbolda belə şeylər olur. "Qarabağ" istənilən halda təcrübə qazanır".
Ə.İsmayılov "Qarabağ"ın 1/8 finala adlayacağına inandığını vurğulayıb: "Mən inanıram ki, bu gün "Qarabağ" bizi sevindirəcək. Bütün azərbaycanlıların gözü bu komandanın üzərindədir. Mənim "Qarabağ"a inamım böyükdür. "Qarabağ"ın 1/8 final mərhələsinə adlayacağını düşünürəm. "Braqa" ilk dəqiqələrdən hücuma atılacaq, üstümüzə gələcək. Təmkinli olmaq, intizamlı oynamaq lazımdır. Boşluqlar olacaq, şans yaranacaq. İnşallah, bu şanslardan istifadə edib, qol və qollar vurub növbəti mərhələyə adlayacağıq".
Nur Zeynalova
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi