"Bavariya" baş məşqçi Tomas Tuhelin cari mövsümün sonunda komandadan göndəriləcəyini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Münhen təmsilçisi mütəxəssislə 30 iyun 2025-ci ildə başa çatması nəzərdə tutulan əməkdaşlığa xitam vermək qərarına gəlib. Tuhel bu mövsümün sonunda "Bavariya"nı tərk edəcək.
“Biz razılaşdıq ki, bu mövsümdən sonra əməkdaşlığı dayandıraq. O vaxta qədər mən və mənim heyətim, əlbəttə ki, maksimum uğur qazanmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, - deyə Tuhel “Bavariya”nın mətbuat xidmətinə bildirib.
Xatırladaq ki, Tomas Tuhel 2023-cü ilin martından “Bavariya”nı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümündə Bundesliqanın qalibi olub.
Hazırda "Bavariya" Bundesliqanın 22 turundan sonra lider "Bayer"dən 8 xal geri qalaraq, 2-ci pillədə qərarlaşır. Komanda son 3 matçında uduzub.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı