"Borussiya"da itki

"Borussiya"da itki
XƏBƏR 16 Fevral 2024 / 20:55 1334
-  A +

"Borussiya"nın (Dortmund) hücumçusu Sebastian Haller zədələnib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kot-d`İvuar millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriyaya qarşı final matçında sıradan çıxıb. 29 yaşlı hücumçu topuğundan zədə alıb. O, bir neçə həftə yaşıl meydanlardan uzaqda qalacaq.

Qeyd edək ki, Sebastian Haller bu mövsüm "Borussiya"nın heyətində 14 matçda 2 qol vurub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner