Sabiq "Neftçi"li klubunu dəyişdi

Sabiq "Neftçi"li klubunu dəyişdi
XƏBƏR 15 Fevral 2024 / 17:18 4034
-  A +

“Neftçi”nin sabiq futbolçusu Mamadu Mbodj Qazaxıstanın "Ordabaşı” klubundan ayrılıb.

QOL.az xəbər verir ki, seneqallı müdafiəçi “Hapoel Hadera”ya keçib. Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.

Mamadu Mbodj 2019-cu ilin yanvarından 2022-ci ilin sonunadək "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"la çempionluq da yaşayıb. 30 yaşlı futbolçu daha əvvəl “Srvena Zvezda”, “Napredak”, “Jalqris” komandalarında da oynayıb.

Qeyd edək ki, "Hapoel Hadera" İsrail çempionatında 21 turdan sonra 18 xalla 14 komanda arasında 13-cü pillədədir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner