"Çelsi" azarkeşini cəzalandırdı

"Çelsi" azarkeşini cəzalandırdı
XƏBƏR 15 Fevral 2024 / 15:57 1491
-  A +

“Çelsi” azarkeşlərindən birinin rəsmi olaraq futbol matçlarına gəlməyinə qadağa qoyub.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

Klubun belə addım atmasına səbəb həmin azarkeşin 6 noyabr 2023-cü il tarixində, "Tottenhem"lə matçda nasist salamı verməsi olub. "Zadəganlar" azarkeşi 3 il oyunlarda iştirak etməkdən məhrum edib. Məhkəmə isə sözügedən azarkeşi cərimələyib.

“Məhkəmə “Çelsi” Futbol Klubunun azarkeşini ictimai asayişi irqi motivli şəkildə pozmaqda təqsirli bilib” - deyə London polisinin mətbuat xidməti də məlumat yayıb.

Daha çox


Son xəbərlər
topaz banner