Promes 6 illik həbs cəzası aldı

Promes 6 illik həbs cəzası aldı
XƏBƏR 14 Fevral 2024 / 15:50 3083
-  A +

Amsterdam məhkəməsi "Spartak"ın hücumçusu Kvinsi Promesi narkotik qaçaqmalçılığı ittihamı ilə təqsirli bilib.

QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Promes 6 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. 

Daha əvvəl bildirilmişdi ki, Promesi 1370 kq ağırlığında külli miqdarda kokainin qaçaqmalçılığında iştirak edib. 

Niderland millisinin sabiq üzvü olan Kvinsi 2020-ci ildə əmisi oğlunu bıçaqlamışdı. Buna görə də o, 2023-cü ildə 1,5 illik həbs cəzası almışdı. 

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner