"Qəbələ" Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab görüşündə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
QOL.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yaxşı mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda meydanda mübarizə apardı. Sevindirici haldır ki, oyundan qopmadıq. Komanda hər iki hissədə istədiyimiz oyunu göstərməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq. Yolumuza davam edirik. Komandamı təbrik edirəm.
- Bu qələbədən sonra artıq tilsimin qırıldığını demək olar?
- Daha yaxşı olmağa çalışmaq lazımdır. Komanda məşqlərdə bizə bunu nümayiş etdirir. Bilirik ki, bu durumdan çıxmalıyıq. Komandaya inanırıq. Getdikcə nəticə və oyun baxımından daha yaxşı "Qəbələ" görəcəyik.
- Ötən mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Səbail" kubokda yarımfinala çıxmışdı. Həmin vaxt Şahin Diniyev bildirmişdi ki, Premyer Liqada qalmaq üçün kuboku qurban verməyə hazıram. Siz necə düşünürsünüz?
- İndiki halda çətin durumdayıq. Amma nə mən, nə də komanda heç bir turniri ayırmır. Hər iki turnirdə sona kimi çalışacağıq. Qismətdə nə varsa, o da olacaq.
- Transfer gözlənilir?
- Gündəmdədir. Axtarışlarımız davam edir. Düşünürəm ki, transfer mümkündür.
- Legioner limitinin dəyişdirilməsi təklif olunur. Sizin fikriniz necədir?
- İki tərəfdən yanaşmaq olar. Limiti tam götürmək də olar. Büdcəsi yaxşı olan klublar legioner limitinin daha çox olmasını istəyərlər. Amma azərbaycanlı oyunçuları, millini də düşünmək məcburiyyətindəyik. İndiki limit münasibdir. Belə davam etmək daha uyğundur. (Sportal.az)
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi