"Real"ın əfsanəvi futbolçusu vəfat etdi

"Real"ın əfsanəvi futbolçusu vəfat etdi
XƏBƏR 6 Fevral 2024 / 15:50 2961
-  A +

"Real"in əfsanəvi qapıçısı, Miqel Anhel Qonzales Suares 76 yaşında vəfat edib.

QOL.az xəbər verir ki, bu barədə "Real"ın mətbuat xidməti məlumat yayıb. 14 aydır ki, keçmiş futbolçu amiotrofik yanal sklerozla mübarizə aparırdı.

"Real" rəsmi açıqlamasında mərhumun ailəsinə başsağlığı verib.

Miqel Anhel 18 il (1968-ci ildən 1986-cı ilə qədər) Madrid təmsilçisinin formasını geyinib. O, klubla 16 kubok qazanıb. Bunlardan 8-i La Liqa çempionluğuna aiddir.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner