Qiyməti 175 milyon avrodur

Qiyməti 175 milyon avrodur
XƏBƏR 6 Fevral 2024 / 15:08 4148
-  A +

"Milan"ın hücumçusu Rafael Leau 175 milyon avroya sata bilər.

QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, onun müqaviləsinin sərbəst buraxılması bəndi 2028-ci il iyulun 5-dən iyulun 15-dək qüvvədədir.

Leau özü İngiltərə və ya İspaniyada çıxış etmək istəyir. O, "Milan"dakı işinin sona çatdığını düşünür.

Bildirilib ki, PSJ bu futbolçunu "Real"a gedə biləcək forvard Kilian Mbappeni əvəzləmək üçün variant kimi nəzərdən keçirir.

24 yaşlı portuqaliyalı 2019-cu ildən "Milan"da çıxış edir. O, bu mövsüm “qırmızı-qaralar”ın heyətində 27 oyuna çıxıb, 6 qol vurub və 7 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner