Rahil Məmmədov 75 dəqiqə oynadı

Rahil Məmmədov 75 dəqiqə oynadı
XƏBƏR 2 Fevral 2024 / 20:55 3211
-  A +

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi LKS (Polşa) Türkiyədə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyunu keçirib.

QOL.az xəbər verir ki, komanda Şimali Makedoniya təmsilçisi "Struqa" ilə qarşılaşıb. Matç LKS-nin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

LKS - "Struqa" - 4:3
Qollar:
Yakub Letniovski, 9 (1:0), Marjan Radeski, 25 (1:1), Dani Ramirez, 34 (2:1) Besart İbraimi, 39 (2:2), Besart İbraimi, 55 –pen (2:3), Dani Ramirez, 64 (3:3), Pirulo, 81 –pen. (4:3)

R.Məmmədov meydana start heyətdə çıxıb və 75-ci dəqiqədə hesab 3:3 olarkən əvəzlənib.

Qeyd edək ki, Rahil yanvarda "Qarabağ"dan Polşa klubuna keçib. Məmmədovla 1.5 illik müqavilə imzalanıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner