Bu gün “Sabah”ın sabiq baş məşqçisi vəzifəsindən istefa verən Murad Musayev klubdan ayrılması barədə danışıb.
QOL.az xəbər verir ki, o, Rusiyanın championat.com saytına açıqlamasında bildirib ki, son iki mövsümdə “Sabah” kifayət qədər parlaq oynayıb və yaxşı nəticələr göstərib:
“Komandanın çoxlu qələbələri olub. İndi hər matça çıxdığımız oyunu, həvəsi itirmişik. Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək. Bu çempionatda üçüncü yerdən bizi yalnız beş xal fərq ayırır. Avropa kuboklarına vəsiqə qazanmaq və mövsümü yaxşı başa vurmaq üçün bütün imkanlar var. Getməyim çətin qərardır, amma düşünürəm ki, bu, hamıya fayda verəcək”.
M.Musayev klub rəhbərliyi ilə aralarında problem olmadığını da söyləyib:
“Mətbuatda yazıldı ki, mən rəhbərliklə münaqişə yaşamışam. Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta münasibətlərimizin ideal olduğunu deyə bilərəm. "Sabah"da keçirdiyim hər gün rəhbərliyin dəstəyini hiss edirdim. “Sabah”a gəlməzdən əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm. Onlar barədə deyəcəklərim yalnız müsbət sözlər olar”.
Xatırladaq ki, Murad Musayev bu gün öz istəyi ilə "Sabah"dan ayrılıb.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord