Türkiyəli məşqçi Azərbaycan klubuna keçdi

Türkiyəli məşqçi Azərbaycan klubuna keçdi
XƏBƏR 31 Yanvar 2024 / 15:38 8045
-  A +

“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib. 

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib. 

Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner