"Braqa"nın daha bir futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Braqa"nın daha bir futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
XƏBƏR 31 Yanvar 2024 / 10:00 2140
-  A +

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa”nın daha bir futbolçusu zədələnib.

QOL.az "A Bola"ya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Artur Jorje mətbuat konfransında bildirib.

Həmçinin oxuyun: "Qarabağ"ın rəqibinin "Qızıl legion"u - Şəkillər

Müdafiəçi Adrian Marin sol dizindən xəsarət alıb. Onun 3-4 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Marin “Qarabağ”a qarşı fevralın 15-də və 22-də keçiriləcək qarşılaşmalarda oynamayacaq.

Xatırladaq ki, “Braqa”nın hücumameyilli yarımmüdafiəçisi Bruma da zədə səbəbindən "Qarabağ"la görüşləri buraxacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner