Xavi "Barselona"dan niyə ayrılır?

Xavi "Barselona"dan niyə ayrılır?
XƏBƏR 30 Yanvar 2024 / 17:25 3402
-  A +

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda Kataloniya klubunu tərk etmək qərarına gəlməsinin səbəblərindən danışıb.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis açıqlamasında deyib:

“Bura gələndə düşündüklərimi dedim. Mən deyəndə ki, biz klubu yenidən qururuq, siz mənə qarşı çıxdınız. Mən də dedim ki,  hazırkı "Barselona" 2010-cu ildəki "Barselona" deyil. Mənə elə gəlir ki, La Liqanı 12 xalla qazansaydım belə, bu rola uyğun gəlməzdim. Bunun tarixlə bağlı olduğunu düşünmürəm. Bu, ətraf mühitə, kluba, tələblərə və şəxsən mənə aiddir”.

Xatırladaq ki, Xavi ötən həftəsonu cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. O, 2021-ci ilin noyabrından Kataloniya təmsilçisinə baş məşqçilik edir. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner