Haaland qayıtdı

Haaland qayıtdı
XƏBƏR 30 Yanvar 2024 / 16:58 1905
-  A +

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland zədəsini sağaldıb.

QOL.az "The Atletic"ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola öz açıqlamasında bildirib. O forvardın komanda ilə məşqlərdə iştirak etdiyini deyib: 

“Erinq Haaland "Bernli" ilə qarşıdakı matçda meydana çıxa bilər. O qayıdıb”.

Xatırladaq ki, norveçli hücumçu ayağındakı zədə səbəbindən dekabrın 9-dan bəri meydana çıxmayıb. Bu mövsüm Haaland "Mançester Siti"nin heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 19 qol vurub və 5 qolun ötürməsini verib.

Əlavə edək ki, "Mançester Siti" - "Bernli" görüşü sabah keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner