"Bavariya" 16 yaşlı hücumçu alır

"Bavariya" 16 yaşlı hücumçu alır
XƏBƏR 30 Yanvar 2024 / 11:55 1595
-  A +

"Bavariya" İsveçin 1-ci liqasında mübarizə aparan AİK (Stokholm) klubunun hücumçusu Yun Kusi-Asareni heyətinə qatmağa hazrlaşır.

QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisinin tezliklə 16 yaşlı forvardla müqavilə imzalayacağı gözlənilir. 

Bu transferə görə "Bavariya"nın qarşı tərəfə nə qədər ödəyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Kusi-Asare AİK-in yetirməsidir. O, U-19-dan əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin sentyabrına qədərdir. "Transfermarkt" gənc hücumçunu 300 min avro dəyərində qiymətləndirir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner