Vüsal İsgəndərli oynadı, "Boluspor" qələbə qazandı

Vüsal İsgəndərli oynadı, "Boluspor" qələbə qazandı
XƏBƏR 30 Yanvar 2024 / 00:05 2213
-  A +

Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" səfərdə "Şanlıurfaspor"la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu 50-ci dəqiqədə Daniel Avramovski vurub.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib.

Xallarını 29-a yüksəldən "Boluspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner