PSJ-nin futbolçusu "Braqa"da - Rəsmi

PSJ-nin futbolçusu "Braqa"da - Rəsmi
XƏBƏR 29 Yanvar 2024 / 16:26 3942
-  A +

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" hücum xəttini gücləndirib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi PSJ-dən Şer Nduru icarəyə götürüb. Müqavilədə satınalma şərti yoxdur.

Hücumameyilli yarımmüdafiəçi Paris klubunda 10 nömrəli formada çıxış edəcək.

19 yaşlı italiyalı futbolçu 2023-cü ilin avqustundan PSJ-nin üzvüdür.

Qeyd edək ki, "Qarabağ" ilə "Braqa" arasındakı ilk görüş 2024-ün fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner