"Bayer" yeni hücumçusunu açıqladı

"Bayer" yeni hücumçusunu açıqladı
XƏBƏR 28 Yanvar 2024 / 15:20 3583
-  A +

"Bayer" "Betis"dən Borxe İqlesiasın transferini rəsmiləşdirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Leverkuzen təmsilçisi 31 yaşlı hücumçunu icarəyə götürüb. Onunla cari mövsümün sonunadək sözləşmə imzalanıb. Müqaviləyə birdəfəlik satın alma hüququ da daxildir.

"Bayer" Borxenin icarəyə götürülməsinə görə "Betis"ə 1,5 milyon avro ödəyib. 

Qeyd edək ki, bu mövsüm İqlesias "Betis"in heyətində bütün yarışlarda 18 matç keçirib, 2 qol vurub və 2 qolun ötürməsini verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner