Burak Yılmazın yeni iş yeri bilindi

Burak Yılmazın yeni iş yeri bilindi
XƏBƏR 28 Yanvar 2024 / 13:38 3061
-  A +

Türkiyəli mütəxəssis Burak Yılmazın yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, o, "Kayserispor"a baş məşqçi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. 38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Burak Yılmazın son klubu "Beşiktaş" olub. O, ötən ilin oktyabrında Şenol Güneşin istefa verməsindən sonra 1 ay komandaya rəhbərlik edib.

Əlavə edək ki, "Kayserispor" hazırda Türkiyə Superliqasının turnir cədvəlində 26 xalla 12-cidir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner