Zidan Deşamın gedişini gözləyir

Zidan Deşamın gedişini gözləyir
XƏBƏR 28 Yanvar 2024 / 11:55 2371
-  A +

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın karyerasını barədə gələcək planları məlum olub.

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 51 yaşlı mütəxəssis yalnız Fransa millisinə baş məşqçilik etmək istəyir və başqa yerdə işləmək fikrində deyil. Onun ailəsi bu varianta son dərəcə müsbət yanaşıe. Zidan isə yerli futbol federasiyasının Əlcəzair millisinə rəhbərlik etməsi barədə göndərdiyi təklifdən imtina edib.

Zidan yenidən məşqçilik etməyə tələsmir. O, Fransa millisinin hazırkı baş məşqçisi, Didye Deşamın müqaviləsinin bitməsini gözləməyə hazırdır. Deşamın sözləşməsi isə 2026-cı ilin yayına qədərdir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner