Tofiq Bəhramov adına Respublika stadionu dünyada yeganə futbol arenasıdır ki, hakimin adını daşıyır.
Əslində isə onu dünya miqyasında məşhurlaşdıran bir an olub. Bir an və həmin anda verilən qərar.
Doğrudan da bəzən insan ömründə elə bir gün, elə bir an olur ki, onun bütün həyatını bəzəyir. Bəzən qəhrəmanlıq üçün həyatda bir dəfə imkan yaranır. Tofiq Bəhrəmov lazimı anda lazımi qəhrəmanlığı edib, lazım olan anda özündə cəsarət və qətiyyət tapıb. Elə o bir an da, o bir məqam da onun bütün həyatının bəzəyinə çevrilib.
Hamının gördüyü epizodda heç kəsin görmədiyini görmək, heç kəsin duymadığını duymaq və hiss etmək daha çox şair və yazıçıya xas olan keyfiyyətdir. Amma o, nə şair idi, nə də yazıçı. Bəs onda tamaşaçı ilə dolu yüzminlik məşhur “Uembli” stadionunda İngiltərə futbolçusu Cefri Hertsin zərbəsindən sonra qapının üst dirəyinə dəyib yerə düşən topun qapı xəttini keçdiyini işarə edən laynsman o anı necə görmüşdü? Yan xətt hakiminin mərkəz hakiminə topun qapı xəttini keçdiyini işarə edən jestindən sonra uğultusu qulaq batıran London stadionunda yerli azarkeşlərin uğultusu az qala şəhəri titrədirdi, qəzəbli almanıyalı azarkeşlərin düyünlənən yumruğu isə havada yellənirdi... 58 il əvvəl “Dünya kuboku” uğrunda final oyununda azərbaycanlı yan xətt hakiminin qətiyyəti, fövqalədə intuisyası indinin özündə də bəzən mübahisə mövzusuna çevrilir...

Üstündən altı onilliyə yaxın vaxt keçəndən sonra bu barədə mühakimə yürütməyin, mübahisə açmağın yeri deyil, hərçənd ki, tarixin təkərini geri döndərib həmin epizodu yavaş sürətlə dönə-dönə ekranda fırladanlar da tapılıb. Amma hər halda o vaxt Tofiq Bəhramovda bu keyfiyyətlərin hamısı olub: həm qətiyyət, həm intuisya, həm də sərraf gözü. Əgər bunlar olmasaydı, Tofiq Bəhramov dünyanın məşhur stadionlarını dolaşmazdı, keçmiş sovet məkanında iki dəfə dalbadal dünya çempionatının, Avropa kubokunun final oyunlarını idarə edən hakimlərdən biri olmazdı. Qitələrarası kubok uğrunda, eləcə də 1971-ci ildə məşhur qapıçı Lev Yaşinin vida matçında SSRİ-ni təmsil edən “Dinamo” ilə dünyanın yığma komandası arasında və ölkə çempionunu aşkar etmək üçün iki gün dalbadal OMİK - Dinamo” (Moskva) komandaları arasında Daşkənddə keçirilən əlavə görüşü idarə etmək ona həvalə edilməzdi. Britaniya kraliçası laynsman funksiyası yerinə yetirən hakimə “Qızıl fit” və “Qızıl ilahə”nin kiçik modelini bağışlamazdı.
Məşhur futbol hakiminin çoxillik idman karyerası, üzləşdiyi həmin məqamlarda bağlı çox şeylər xatırlamaq mümkündür. Yanvarın 29-u dünya şöhrətli azərbaycanlı futbol hakiminin dünyaya gəldiyi gündür. Gələn il isə onun anadan olmasının 100 ili tamam olacaq...
Adam var ki, dünyadan köçən kimi, soyuq torpağa tapşırılandan sonra varlığı ilə yoxluğu yaddan çıxır, unudulur. Adam da var ki, yoxluğu cismanidir. Özü əbədiyyətə qovuşandan sonra da yaddan çıxmır, söz-söhbəti kəsilmir. Tofiq Bəhramov gözümüzün qabağından getməyən, yadımızdan çıxmayan simalardandır. Hər dəfə yaşıl meydanda fit səsi eşidəndə, hər dəfə uçan top qapı dirəyinin üst tirinə dəyib yerə düşəndə, mərkəz hakimi yan xətt hakiminin ilə qərarı ilə hesablaşanda onu xatırlayırıq. Hər dəfə məşhur «Uembli» satdionun adı çəkiləndə, hər dəfə onun adını daşıyan Respublika stadionunun qapısından içəri girəndə dillərdə dolaşan, xatirələrdə yaşayan həmin o an yada düşür...
Həmişə də xatırlanacaq…
Süleyman Qaradağlı
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil