"Braqa" Portuqaliya Liqa Kubokunu qazandı

"Braqa" Portuqaliya Liqa Kubokunu qazandı
XƏBƏR 28 Yanvar 2024 / 02:15 3831
-  A +

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya Liqa Kubokunda final oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda həlledici görüşdə "Eştoril"lə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. 

Penaltilər seriyasında isə "Braqa" daha dəqiq olub - 5:4. Bununla da "Braqa" tarixində 3-cü dəfə Portuqaliya Liqa Kubokunu qazanıb. Komanda daha əvvəl 2013 və 2020-ci illərdə bu kuboka yiyələnib.

Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

"Braqa" - "Eştoril" - 1:1, penaltilər seriyası - 5:4

Qollar: Horta, 20 - Kassiano, 6-pen.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner