"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda komandadan ayrılacaq.
QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. O, La Liqanın 22-ci turunda "Vilyarreal"a uduzduqları matçdan (3:5) sonra deyib:
“Bu ilin iyun ayının 30-da klubdan ayrılacağam. Bu, klub prezidenti ilə, idarə heyəti ilə müzakirələrdən sonra verdiyimiz qərardır... "Barselona"nın istiqamət dəyişikliyinə ehtiyacı var.
Bunu klub prezidentinə başa saldım, görüşdük, yaxşı söhbət etdik. Onların mənə inamı tam idi, amma ayrılmağın vaxtı gəldi. Bu, iqtisadi vəziyyətə görə deyil, bu, ürəyimlə verdiyim qərardır. Mən "Barselona" üçün problem olmaq istəmirəm. Tamamilə pis bir matç keçirdik. Oyunçular belə nəticələrə layiq deyillər. Geridönüş etdiyimiz bir matçda məğlub olmaq çox məyusedicidir. Karyeramda belə "qəddar" matç keçirdiyimi xatırlamıram. Klubun rifahı üçün dəyişikliyə ehtiyac var. Bu, "Barselona"nın vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bu mövsüm komanda İspaniya Superkubokunun finalında "Real"a uduzub (1:4). Həmçinin Kataloniya təmsilçisi ölkə kubokunun 1/4 finalında "Atletik"ə məğlub olub (2:4) və mübarizəni dayandırıb. Hazırda "Barselona" La Liqanın turnir cədvəlində 44 xalla 3-cüdür
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord